Rusiya “böyük Avropa müharibəsi”nə hazırlaşdığını bəyan etdibackend

Rusiya “böyük Avropa müharibəsi”nə hazırlaşdığını bəyan etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Federasiyası “böyük Avropa müharibəsi”nə hazırlaşdığını bəyan edib. Bununla əlaqədar, qərb istiqamətində Rusiya arsenallarının doldurulması müşahidə olunur.

Bunun baş tutub-tutmayacağı məlum deyil, amma hazırlıq gedir.

Editor.az bildirir ki, bunu hərbi ekpert Vladislav Şurıqin “Qovorit Moskva” radiostansiyasının efirində bildirib. Onun sözlərinə görə, “Müharibə, çox güman ki, Ukrayna ilə bitməyəcək. Qərb istiqamətində arsenalların cəmləşdirilməsi müşahidə olunur.

Yəni biz indi böyük  Avropa müharibəsinə hazırlıq mərhələsinə keçmişik. Bunun baş verib-verməyəcəyi açıq sualdır. Ancaq buna hazır olmağımız sual deyil. Hazır olmasaq, o zaman mütləq baş tutacaq. Ona görə də burada hər şey mürəkkəbdir”. Bundan əvvəl Aleksey Puşkov bildirib ki, NATO Rusiya ilə birbaşa hərbi münaqişəyə doğru irəliləyir. Senator vurğulayıb ki, “bunu ancaq korlar görmür”.

  //Samir Qurbanov,Editor.az