Rusiya Böyük Britaniyadan şübhələnirbackend

Rusiya Böyük Britaniyadan şübhələnir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Qərb kəşfiyyat xidmətlərinin, xüsusən də Britaniyanın Krım körpüsünün dağıdılmasında iştirakını araşdıracaq.

Editor.az bildirir ki, bunu Rusiya Federasiyasının BMT-dəki daimi nümayəndəsinin birinci müavini Dmitri Polyanski bildirib. Moskvanın fikrincə, “çox şey buna işarə edir”. “Mən Kiyev rejiminin qərbli sponsorlarından heç birindən bu terror aktını qınadığını eşitmədim. Və biz hələ ki, Qərbin, xüsusən də Böyük Britaniyanın kəşfiyyat xidmətlərinin bu terror aktının hazırlanmasında və həyata keçirilməsində nə dərəcədə iştirak etdiyini başa düşə bilməmişik: Lakin həddən artıq çox şey məhz buna işarə edir”, – deyə Polyaski BMT Təhlükəsizlik Şurasının iclasında bildirib.

Qeyd edək ki, Krım körpüsü bir gün əvvəl, iyulun 17-də partladılıb. Hücumla bağlı cinayət işi açılıb. Rusiya müstəntiqləri insidentdə Ukrayna xüsusi xidmət orqanlarını günahlandırıb. Rəsmi Kiyev isə hücuma görə məsuliyyəti üzərinə götürməyib.

  //Samir Qurbanov, Editor.az