Rusiya Böyük Britaniyaya qarşı cavab sanksiyalarını genişləndirirbackend

Rusiya Böyük Britaniyaya qarşı cavab sanksiyalarını genişləndirir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Böyük Britaniyaya qarşı cavab sanksiyalarını genişləndirərək siyahıya 23 nəfər əlavə edib.

Editor.az xarici mediaya istinadən bildirir ki, Rusiya Xarici İşlər Nazirliyindən verilən açıqlamada bu barədə qeyd edilib.

İngiltərə hərbi-siyasi qurumu, jurnalist təşkilatı və elmi ictimaiyyətin təmsilçilərindən ibarət 23 nəfərin sanksiya siyahısına əlavə edildiyi vurğulanıb.

Siyahıda olanlar arasında Britaniya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, Ukrayna Silahlı Qüvvələrinin Britaniya ərazisində təliminə nəzarət edən E.Radakin və Britaniya Birgə Kəşfiyyat Komitəsinin sədri M.Alessandri də var.  Nazirlik vurğulayıb ki, Britaniya tərəfinin Rusiyaya qarşı sanksiya təzyiqini artırmaq cəhdləri lqəti reaksiya ilə qarşılanacaq.

//Safura Bənnayeva, Editor.az