Rusiya: Britaniya kəşfiyyat təyyarəsi Rusiya sərhədini pozdubackend

Rusiya: Britaniya kəşfiyyat təyyarəsi Rusiya sərhədini pozdu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Müdafiə Nazirliyi Britaniyanın “RC-135” kəşfiyyat təyyarəsinin Rusiya sərhədini pozduğunu bildirib.

Editor.az xarici mediaya istinadən bildirir ki, nazirlikdən verilən yazılı açıqlamada, Barents dənizi üzərində Rusiya müdafiə sistemləri tərəfindən hədəfin aşkar edildiyi bildirilib.

Rusiyaya məxsus “Mig-31BM” döyüş təyyarəsinin havaya qalxdığına dair açıqlamada sözügedən hədəfin İngiltərə Hərbi Hava Qüvvələrinə məxsus “RC-135” elektron kəşfiyyat və döyüş təyyarəsi olduğu müəyyən edilib.

Açıqlamada Britaniya təyyarəsinin Rusiya torpaqlarını tərk etmək məcburiyyətində qaldığı bildirilib.
 
//Safura Bənnayeva, Editor.az