Rusiya Britaniyanı hədələdi – “Qanuni hədəfə çevriləcək, vuracağıq”backend

Rusiya Britaniyanı hədələdi – “Qanuni hədəfə çevriləcək, vuracağıq”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Britaniyanın uzaqmənzilli artilleriya və gəmi əleyhinə sistemləri Ukrayna ərazisinə daxil olarsa, Rusiya Silahlı Qüvvələrinin qanuni hədəfinə çevriləcək”.

Bunu Rusiyanın Böyük Britaniyadakı səfiri Andrey Kelin deyib.

Onun sözlərinə görə, istənilən silah tədarükü sabitliyi pozur: “Vəziyyəti gərginləşdirir, daha çox qan axmasına yol açırlar. Görünür, bunlar yeni, kifayət qədər yüksək dəqiqliyə malik silahlardır. Təbii ki, Ukrayna sərhəddini keçsələr, Silahlı Qüvvələrimiz üçün qanuni hədəf olacaqlar”.

Teleqraf.com