“Rusiya bu açıqlaması ilə Azərbaycanla hazırda soyuq olan münasibətləri düzəltməyə çalışır, ancaq…”- ŞƏRHbackend

“Rusiya bu açıqlaması ilə Azərbaycanla hazırda soyuq olan münasibətləri düzəltməyə çalışır, ancaq…”- ŞƏRH

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Rusiyanın Qarabağ məsələsində heç zaman səmimi olmadığını daim görmüşük. ATƏT-in Minsk qrupunun 3 həmsədr ölkəsindən biri olaraq, Qarabağ torpaqları işğal altında qaldığı sürəcdə hansı işləri gördü? Daim Ermənistana dəstək verməklə, onu silahlandırmaqla məşğul oldu. Sadəcə indi məlum təyyarə qəzası baş verib və Azərbaycan Prezidentinin dəmir iradəsi ilə üzləşiblər, bu məsələdə Azərbaycan tərəfinin qətiyyən geri çəkilməyəcəyini görürlər. Onun üçün belə “könül almaq” düşüncəsi ilə bu cür açıqlamalar verirlər. Amma artıq “keçəl suya getməz”.

Bu sözləri AĞ Partiya sözçüsü, siyasi şərhçi Cavanşir Abbaslı Editor.az-a Rusiya Baş nazirinin müavini Aleksey Overçukun Moskvanın Azərbaycan və Ermənistan arasında sərhədlərin delimitasiya və demarkasiya prosesində ölkələrə məsləhətçi yardım göstərməyə hazır olduğu ilə bağlı son açıqlamasını şərh edərkən deyib.

Siyasi analitik Azərbaycana vasitəçi lazım olmadığını bildirib:

“Yetər ki, heç nəyə burun soxmasınlar. Bu təkcə Rusiyaya deyil, digər iki həmsədr ölkəyə, o cümlədən digər ölkələrə aiddir. Bizə heç kəsin məsləhəti lazım deyil. BMT Təhlükəsiz Şurasının yerinə yetirə bilmədiyi 4 qətnamənin icrasını həyata keçirən bir ölkəyə kimin məsləhəti lazımdır? Azərbaycan Qarabağ savaşını böyük zəfərlə başa vurduqdan sonra hər kəsə, hər bir ölkəyə öz mesajını verib ki, yerdə qalan sülh müqaviləsini tərəflər öz arasında imzalayacaq, kiminsə 3 tərəf kimi iştirakına ehtiyac yoxdur. Bəli, bu sənəd nə Bakıda, nə də İrəvanda imzalana bilməz. Uyğun bir şəhər seçiləcək. Könül istərdi ki, bu şəhər Ankara olsun. Olmayacaqsa, bizim üçün Moskva və ya Vaşinqton, heç bir fərqi yoxdur. Təbii ki, Paris heç zaman olmaz, çünki erməni şəhərlərindən heç biri fərqi yoxdur… Overçuk lazım gələrsə, delimitasiya və demarkasiyada iştirak edən tərəflərin tələbi ilə onlara həmin materialın verilə biləcəyini deyir. Əgər belə material varsa, səmimisinizsə, o zaman nəyi gözləyirsiz? Demək burada başqa niyyət var. Bu da təbii ki, Azərbaycanla hazırda sürən soyuq münasibətləri düzəltməkdir. Amma bununla nəyəsə nail olacaqlarını düşünməsinlər. Təyyarə qəzasına görə birbaşa məsuliyyət daşıyan Rusiya unutmasın ki, rəsmi Bakının və Azərbaycan ictimaiyyətinin konkret tələbləri var. Onlar yerinə yetirilmədiyi müddətdə belə cəhdlər əhəmiyyətsizdir”.

//Gülnarə Abasova, Editor.az