“Rusiya bu addımı atarsa, NATO qüvvələri tərəfindən kütləvi hücuma məruz qalacaq”- ŞƏRHbackend

“Rusiya bu addımı atarsa, NATO qüvvələri tərəfindən kütləvi hücuma məruz qalacaq”- ŞƏRH

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ukrayna böhranı getdikcə daha gərgin xarakter aldığı kimi Rusiya ilə Qərb və ABŞ arasında münasibətlər də hər keçən gün daha da pisləşir”.

Bu fikirləri Editor.az-a açıqlamasında politoloq Əlimusa İbrahimov deyib.

 

Politoloqun sözlərinə görə, Ukraynaya Qərb və ABŞ tərəfindən verilən uzaqmənzilli raketlərdən Rusiyanın ərazisindəki obyektləri vurmağa icazə verilməsi vəziyyəti daha da dramatikləşdirib:

“Artıq Rusiyanın paytaxtına yaxın regionlar və Krım Ukraynanın raketlərinin hədəfi altındadır. Bu raket zərbələrindən qorunmağın yolunu axtaran Rusiya əlində olan bütün imkanlardan istifadə etməyə hazırdır. Amma onun yaxın zamanlarda NATO-nun Avropadakı üzvlərini raket atəşinə tutmağa başlayacağını birmənalı söyləmək mümkün deyi. Çünki Rusiya bu addımı atarsa, NATO qüvvələri tərəfindən kütləvi hücuma məruz qalacağı ona məlumdur. Belə addım atması Rusiyanı daha ciddi müharibəyə çəkmiş olardı. Düşünürəm ki, Kreml bu addımı atmazdan öncə yenə nüvə silahı ilə təhdidlərini işə salacaq. Rusiyanın qonşu Avropa ölkələrinə hücum etməsi ellə nüvə müharibəsinə başlaması kimi qiymətləndirilməlidir. Nüvə silahından isə o ən sonda istifadə edəcəyi barədə çoxdan xəbərdarlıq edib”.

//Gülnarə Abasova, Editor.az