Pentaqon Rusiyanın Ukraynaya hücumunun bazar ertəsi, fevralın 21-də baş verə biləcəyini düşünür, lakin “diplomatiya üçün hələ vaxt olduğunu” qeyd edir. “İzvestiya” xəbər verir ki, bunu Pentaqonun sözçüsü Con Kirbi bildirib.
“Bəlkə də bu gün baş verəcək. Ümid edirik ki, belə olmayacaq, ona görə də bütün diplomatik variantlardan istifadə etməyə davam edirik”, – Kirbi izah edib.
Onun sözlərinə görə, ABŞ prezidenti Co Bayden Rusiya prezidenti Vladimir Putinlə danışıqlar masası arxasına oturmağa və sülh yolu ilə irəliləyişi müzakirə etməyə hazırdır.
virtualaz.org

