Rusiya bu il ilk dəfə dünya taxıl bazarının dörddə birindən çoxunu ələ keçirəcəkbackend

Rusiya bu il ilk dəfə dünya taxıl bazarının dörddə birindən çoxunu ələ keçirəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Beynəlxalq Taxıl Şurası bu kənd təsərrüfatı mövsümü üçün Rusiyanın buğda ixracı ilə bağlı proqnozunu dəyişib. Yeni məlumatlara görə, Moskva ilk dəfə olaraq dünya bazarının demək olar ki, 26%-ni tutacaq.

Editor.az bu barədə rus mətbuatına istinadla xəbər verir. Təşkilat Rusiyanın bu kənd təsərrüfatı ilində apreldə proqnozlaşdırılan 52,1 milyon tonla müqayisədə 53,1 milyon ton buğda ixrac edəcəyini proqnozlaşdırır. Proqnoz özünü doğrultsa, müasir tarixdə maksimum ixrac həcmi keçən ilki göstəricidən demək olar ki, 10% çox olacaq. Bundan əlavə, Rusiyanın dünya buğda ixracında payı rekord səviyyəyə – 25,8%-ə yüksələ bilər.

Bundan əvvəl “İnterfaks” agentliyi Rusiya Taxıl Assosiasiyasının məlumatlarına əsasən, Rusiyanın mayın 1-dən mayın 20-dək olan müddətdə 3,394 milyon ton taxıl ixrac etdiyini bildirmişdi. Bu rəqəm 2023-cü ilin eyni dövrü ilə müqayisədə 18% azdır.

//Gülnarə Abasova, Editor.az