Rusiya bu NATO ölkəsini Ukrayna ilə müharibənin iştirakçısı hesab edirbackend

Rusiya bu NATO ölkəsini Ukrayna ilə müharibənin iştirakçısı hesab edir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Böyük Britaniya Ukraynadakı müharibənin faktiki iştirakçısıdır.

Editor.az bildirir ki, bunu Rusiyanın Böyük Britaniyadakı səfiri Andrey Kelin deyib. “Sky News”un məlumatına görə, diplomat bu barədə Rusiyanın “Rossiya-24” dövlət telekanalının efirində bildirib.

Bundan əvvəl Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Böyük Britaniyanı müharibə ilə hədələmişdi. Kelin deyib ki, Moskva Britaniyanı müharibənin tərəfi hesab edir, çünki o, Ukraynanı silahla təmin edir və real vaxt rejimində kəşfiyyat məlumatları paylaşır.

//Samir Qurbanov, Editor.az