Rusiya bu NATO ölkəsinin hava məkanını pozurbackend

Rusiya bu NATO ölkəsinin hava məkanını pozur

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyanın “Mi-8” sərhəd vertolyotu NATO üzvü Estoniyanın hava məkanını pozaraq orada iki dəqiqəyə yaxın qalıb. Editor.az xəbər verir ki, bu barədə ERR məlumat yayıb.

Hadisənin iyunun 18-də ölkənin cənub-şərqindəki Koidula bölgəsində baş verdiyi bildirilib. Bu səbəbdən Rusiya səfiri Vladimir Lipaev Estoniya Xarici İşlər Nazirliyinə çağırılıb və ona nota verilib. Telekanalın məlumatına görə, Rusiya helikopterinin uçuş planı olmayıb və onun transponderi söndürülüb.

Qeyd edək ki, ötən il Rusiya Federasiyası beş belə pozuntuya yol verib.

//Gülnarə Abasova, Editor.az