Rusiya hökuməti dizel yanacağının limanlar vasitəsilə boru kəmərləri ilə ixracına qoyulan qadağanı qismən ləğv edib.
Editor.az xarici mediaya istinadən bildirir ki, Rusiya hökumətindən verilən yazılı açıqlamada ölkədə davam edən yanacaq ixracı qadağasında bəzi dəyişikliklərin edildiyi qeyd edilib.
Neft emalı zavodları üçün subsidiyaların və ya amortizasiya ödənişlərinin yenidən başlandığına dair məlumatların yer aldığı açıqlamada istehsalçının istehsal etdiyi dizelin yüzdə 50-nin yerli istehsala tədarük edilməsi şərti ilə istehsalçının dizel yanacağını da limanlardan boru kəmərləri vasitəsilə ixrac edə biləcəyi qeyd edilib.
Onu da qeyd edək ki, Rusiya hökuməti ölkədə benzin və dizelin qiymətinin artması ilə əlaqədar sentyabrın 21-də yanacaq məhsullarının ixracına qadağa qoyub.
//Safura Bənnayeva, Editor.az

