Rusiya bu silahlarından Türkiyəyə göndərmək istəyirbackend

Rusiya bu silahlarından Türkiyəyə göndərmək istəyir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Federal Hərbi-texniki Əməkdaşlıq Xidməti Türkiyəyə yerli istehsal döyüş təyyarələri tədarük etməyə hazırdır.

Publika.az xəbər verir ki, qurumun rəsmiləri tədarük məsələsində görüşlərə davam etmək istəyir.

“Dəfələrlə söylədiyimiz kimi, yeni təyyarələrimiz daxil olmaqla, Rusiya istehsalı hərbi məhsul çeşidlərimizin hamısının tədarük ehtimalını Türkiyə ilə müzakirə etməyə hazırıq”, – qurum nümayəndələrindən biri Su-35, ya da Su-57 təyyarələrinin tədarükü ilə əlaqədar suala cavabında deyib.

FSVTS səlahiyyətlisi Türkiyənin daha əvvəl Su-35 ilə maraqlandığını da bildirib.