Rusiya büdcə xərclərində rəqəmsal rubldan istifadə etməyi planlaşdırırbackend

Rusiya büdcə xərclərində rəqəmsal rubldan istifadə etməyi planlaşdırır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyanın maliyyə naziri Anton Siluanov gələn il bəzi büdcə xərclərində rəqəmsal rublların istifadəsi üçün pilot araşdırmaya başlanılacağını bildirib.

Editor.az xəbər verir ki, Siluanov bu barədə Rusiya Federasiya Şurasındakı çıxışında Rusiya iqtisadiyyatı ilə bağlı danışarkən deyib.

2024-2026-cı illər arasında büdcə kəsirinin ÜDM-ə nisbətinin 1 faizi keçməyəcəyini bildirən Siluanov bildirib: “Vəziyyət dəyişərsə, proqnozlarımızı düzəldəcəyik. Hazırlanan büdcə prioritetləri nəzərə alaraq, makroiqtisadi sabitlik və tarazlıq vəzifələrini yerinə yetirir.

Siluanov Rusiyada iri şirkətlər üçün tətbiq edilən əlavə gəlir vergisi haqqında danışıb: “Təxminən 300 milyard rubl (təxminən 3,4 milyard dollar) gəlir əldə etməyi hədəflədik. Bunun 40 milyard rublunu aldıq, lakin əsas ödəmə müddəti noyabrda olacaq.Rusiya Mərkəzi Bankının prezidenti Elvira Nabiullina ilə ötən həftə rəqəmsal rublun istifadəsi ilə bağlı görüşdük. Gələn ildən başlayaraq müəyyən xərclər üçün rəqəmsal rublu tətbiq edəcəyimiz pilot proqram həyata keçirəcəyik.

Nabiullina noyabrın 8-də verdiyi açıqlamada beynəlxalq əməliyyatlarda rəqəmsal rubldan istifadəni də müzakirə etdiklərini bildirib.

//Gülnarə Abasova, Editor.az