“Rusiya buna görə İrəvanı dağıdar” – Türkiyəli hərbi ekspertbackend

“Rusiya buna görə İrəvanı dağıdar” – Türkiyəli hərbi ekspert

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Yaranan yeni geosiyasi reallığa əsasən Azərbaycanın qələbəsini həzm edə bilməmək, Qarabağ Qələbəsi ilə əldə edilən strateji təşəbbüsü məhv etmək məqsədi və ambisiyası, bəzi dövlətlərin Ermənistandan rıçaq kimi istifadə etməsi ilə nəticələnir. Azərbaycan-Ermənistan sərhəddindəki təxribatlar xüsusilə də potensial effektivliyi görünən Türk Dünyasının birliyindən doğan narahatçılıqdan qaynaqlanır”.

Bunu Milli.Az-a açıqlamasında Türkiyənin təhlükəsizlik üzrə eksperti Abdullah Ağar deyib.

Türk ekspert bildirib ki, Türk Dünyasının Zəngəzur dəhlizi ilə avtomobil və dəmir yolu vasitəsi ilə bir-birinə bağlanacağından narahat olan dövlətlər var:

“44 günlük müharibədən bəri Ermənistan heç dayanmadı. Belə ki, atəşkəsdən sonra Ermənistanın törətdiyi müxtəlif təxribatlara, terror cəhdlərina şahid olduq, amma düşünürəm ki, dünənki ən şiddətlisi oldu. Azərbaycan tərəfindən 7 şəhid, 10 yaralısı var. Müxtəlif mənbələrdə ermənilərin 30 civarında ölən hərbiçisi, 100 civarında itgin əsgəri, 50-yə qədər də yaralısı olduğu xəbərləri var.

II Qarabağ savaşının 44-cü günündə imzalanan bəyanat böyük bir Zəfərə səbəb oldu, amma digər tərəfdən də qarşı tərəfin ipə-sapa yapmayan hərəkətlərinə imkan verir. Bu gerçəkdir ki, Rusiya sülhməramlılarının arxasında qalan həmin ərazilərdə, rusun himayəsində bir Ermənistan var. Bunu Rusiya gizlətməyə çalışsa da, belədir. Rusiyanın müdaxiləsi Azərbaycan Ordusunun daha böyük qələbəsinə əngəl yaratdı. Ermənistan ordusunun beli qırılmışdı, lakin Moskvanın müdaxiləsi savaşın mənəvi zəfərlə nəticələnməsinə imkan vermədi. Bu səbəbdən məğlubiyyəti heç cürə qəbul etməyən və həzm edə bilməyən Ermənistan tərəfi sərhədpozucu təxribatlara, təcavüzlərin altına imza atır və deyir ki, sərhəd bəlli deyil. Əslində Rusiyadakı xəritələrə görə sərhədlər məlumdur. Düzdür, Azərbaycan 1991-ci ildə müstəqilliyini bərpa etdiŞ amma tez bir zamanda işğalla qarşı-qarşıya qaldı. İndi də Ermənistan deyir ki, o torpaqlar mənim torpağımdır, xeyir ola?! Rusiyadakı xəritələrə görə də onların deyil, amma onu qəbul etdirmək üçün öncə Azərbaycana qarşı oynanılan oyunları qarışdırmaq lazımdır.

Hazırda sərhəddəki bu gərginlikdən istifadə edən çox ölkə var. Zəngəzur dəhlizi ilə bağlı bir çox ölkədə çox böyük bir geosiyasi narahtlıq hiss olunur. Rusiyanın siyasi beyni bunu qəbul edib, o sənədin altına imza atmasına rəğmən sonradan Rusiyanın davranışlarında da dəhlizlə bağlı gözlə görünəcək dəyişiklik var. Çünki bu dəhliz Rusiyanın bütün hərbi varlığının bölgədəki təsir imkanlarını daha da artıracaq, bu yöndə çətinliklərini aradan qaldıracaq, Rusiya ticarət mallarının beynəlxalq ticari imkanlarını artıracaq. Amma böyük dövlətlərin öz aralarında razılaşdırdıqları bəzi məsələlər var. İndi bu razılıqlar fonunda Zəngəzur dəhlizi ilə bağlı hansı razılaşma var, açığı bunu bilmirik. Lakin Zəngəzur dəhlizi Rusiyanın himayəsində, nəzarətində olacağı halda açılması ilə bağlı arzu edilən addımlar atılmır. Amma Azərbaycan bu mövzuda çox qərarlıdır, çünki haqqıdır.