“Rusiya buna uzun müddət susmayacaq”-Politoloqbackend

“Rusiya buna uzun müddət susmayacaq”-Politoloq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ermənistan cəmiyyətində ciddi parçalanma nümayiş olunur. Ancaq bu parçalanma şərti xarakter daşıyır. Çünki hakimiyyət Qərbə yaxın olmaq istəyir, Rusiya ilə isə əlaqələrini soyutmaq istəyir. İrəvan hakimiyyəti Ermənistanın gələcəyini yalnız bu yolda görür. Digər tərəfdən radikal qüvvələr Rusiyameyllidir və  onlar cəmiyyətdə böyük  hissəni təşkil etmir. Onlar hakimiyyətə qarşı çox radikal şəkildə çıxış edir və prosesə kilsəni də cəlb edirlər. Zənnimcə, birincisi hakimiyyət uğrunda dava nümayiş olunur, çünki radikallar da anlayırlar ki, hakimiyyətə gəlsələr nə Qarabağı qaytara biləcəklər, nə də digər məkrli planları baş tutacaq”.

Bunu Editor.az-a açıqlamasında politoloq Fikrət Sadıxov deyib.

Politoloqun sözlərinə görə, Ermənistan baş naziri Nikol Paşinyan da proseslərə tam ehtiyatla yanaşır:

“Birmənalı şəkildə Rusiya ilə əlaqələrini kəsməsi çətin məsələdir. Ermənistan Rusiyaya bir sıra istiqamətlərdə bağlıdır. Enerji, qaz, nəqliyyat, hərbi-texniki sahədə əməkdaşlıqlar var və buna bir gün ərzində  son vermək çətin məsələdir. Odur ki, Paşinyan gözləmə mövqeyindədir. Hələ ki, nə KTMT-dən çıxıb, nə də ki Rusiyanın digər istiqamətdə əlaqələrini qırıb. Sadəcə olaraq belə siyasi addımlarla Rusiyanı qıcıqlandırır. İnanmıram ki, Rusiya uzun müddət buna göz yumsun. Sadəcə olaraq müəyyən Rusiyapərəst qüvvələr formalaşmalıdır və eyni zamanda, xarizmatik bir lider tapılmalıdır. Hazırda belə bir şəxs və güclü qüvvə Ermənistanda mövcud deyil. Paşinyan isə peşəkarlıqla vəziyyətdən istifadə edir. Aİ qərar qəbul edib ki, Ermənistanın quruma namizədliyini müzakirə etsin və bu, Ermənistanda vəziyyəti müəyyən mənada dəyişə bilər”.

//Gülnarə Abasova, Editor.az