Rusiyanın kütləvi raket hücumları keçmişdə qala bilər.
Editor.az bildirir ki, belə bir bəyanatla Cənub Müdafiə Qüvvələrinin Birgə Əlaqələndirici Mətbuat Mərkəzinin rəhbəri Natalya Qumenyuk deyib. Onun sözlərinə görə, ruslar daha “effektiv” yeni taktika axtarışındadırlar: “Biz deyirik ki, kütləvi raket hücumları keçmişdə qala bilər və indi düşmən yeni taktika axtarışı mərhələsindədir.
İndi onlar fasilələrlə raket zərbələri endirməyə çalışırlar. Bəzən bu, dəniz və hava zərbələrinin, eləcə də “Şahed”lərin kiçik partiyalarının kombinasiyası şəklində baş verir.
Qumenyuk əlavə edib ki, rusların məqsədi Ukraynanın hava hücumundan müdafiə sistemini zərərsizləşdirməkdir, çünki Rusiya Federasiyasında getdikcə daha az raket qalıb və istehsal demək olar ki, dayanıb. Lakin o, Rusiyanın qüdrətinin tam məhv edilmədiyini və yeni qətliam üsulları düşündüyünü də vurğulayıb.
//Samir Qurbanov, Editor.az