“Rusiya bunu ya istəmir, ya da edə bilmir…”backend

“Rusiya bunu ya istəmir, ya da edə bilmir…”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Azərbaycanla Ermənistan arasında atəşkəsin pozulması və yenidən müharibənin baş verməsi Rusiyanın maraqlarına ziddir. Əks təqdirdə, belə bir görüntü yaranacaq ki, Rusiyanın vasitəçiliyi ilə imzalanan üçtərəfli bəyannamə yerinə yetirilmədi, rus sülhməramlıları onlara verilən missiyanın öhdəsindən gələ bilmədi, yəni baş verən proseslərdə Rusiyanın sözü keçərli olmadı”.

Bu sözləri Editor.az-a açıqlamasında Ağ partiya sədrinin müavini, politoloq Əhəd Məmmədli deyib.

O, bildirib ki, digər tərəfdən Rusiya Qarabağ münaqişəsinin həllində də maraqlı deyil:

“Azərbaycan Rusiyanı məcbur etməlidir ki, Ermənistana təzyiq göstərsin və Ermənistan Azərbaycanın şərtlərini qəbul edib sülh müqaviləsini imzalasın. Rusiya isə ya bunu istəmir, ya da edə bilmir. Çünki Paşinyanın qərbyönümlü bir siyasətçi olduğu məlumdur. Hər addımında Paşinyan Ermənistanı qərbə yönəltməyə çalışır. Rusiya isə bunu bilir. Hal- hazırda baş verən proseslər Azərbaycanın maraqlarına cavab vermir. Azərbaycan Rusiyadan tələb etməlidir ki, birmənalı şəkildə məsələni həll etsin. Əgər Rusiya bunu bacarmırsa, 2021-ci il Azərbaycanın münaqişənin birdəfəlik həllinə nail olması üçün gözəl fürsətdir. Bildiyimiz kimi, Ermənistana artıq yardımlar gəlməyə başlayıb. Avropa Birliyi 2 milyarddan çox yardım edib və bunun bir milyardına Ermənistan silah alsa özünə gələ bilər. Ona görə Azərbaycan Ermənistanın düşdüyü bu çıxılmaz vəziyyəti fürsətə çevirməklə məsələni kökündən həll etməlidir”.

//Gülnarə Abasova, Editor.az