Rusiya buranı ələ keçirə bilməsə, Donbas planı alınmayacaqbackend

Rusiya buranı ələ keçirə bilməsə, Donbas planı alınmayacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xarkovda rus qoşunlarının son uğurları növbəti hədəfin Slavyanski olmasına yol aça bilər.

Bu barədə Ukraynada müharibənin gedişatını izləyən Vaşinqton Müharibə Araşdırmaları İnstitutunun hərbi ekspertlərinin hesabatında deyilir.

“İzyumdan irəliləyən rus qoşunlarının Slavyanskini tutmaq üçün göstərdiyi səylər, çox güman ki, Ukraynadakı müharibənin növbəti əsas döyüş yeri olacaq və bu, Rusiya qüvvələrinə şərqdə olan Ukrayna qüvvələrinin qarşısını kəsmək üçün potensial yollar verə bilər”, – hesabatda yazılır.

Bildirilir ki, Rusiya qüvvələri Slavyanski ala bilməsə, onların Donbas cəbhəsindən hücumları çətin ki, Ukraynanın müdafiəsini yarsın. Bu halda Rusiyanın Luqansk və Donetsk vilayətlərini ələ keçirmə kampaniyası uğursuzluğa düçar olacaq.

Hesabatda deyilir ki, Kiyevin şimal bölgəsindən çıxarılan Rusiya qüvvələri “qüvvələr itkisi” olacaq və onları yenidən yerləşdirmək cəhdlərinə baxmayaraq, başqa ərazilərdə təsirli ola bilməyəcək.

Xatırladaq ki, prezident aparatının rəhbərinin müşaviri Aleksey Arestoviçin sözlərinə görə, ruslar artıq Slavyansk və Kramatorsk istiqamətində hücuma keçiblər.

Teleqraf.com