Rusiya Cənubi Qafqazda nüfuzunu itirir: Moskvanın təzyiqləri Bakı qarşısında aciz qaldıbackend

Rusiya Cənubi Qafqazda nüfuzunu itirir: Moskvanın təzyiqləri Bakı qarşısında aciz qaldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Son dövrlərdə Rusiyanın Yekaterinburq şəhərində azərbaycanlı miqrantlara qarşı müşahidə edilən ayrı-seçkilik və şovinist münasibət təkcə yerli səviyyədə deyil, dövlət tərəfindən yönləndirilən siyasi təzyiqin göstəricisi kimi qiymətləndirilir. Bu hadisələr fonunda Cənubi Qafqazda yeni siyasi düzən formalaşır və bu prosesdə Azərbaycanın rolu diqqət çəkir.

Mövzu ilə bağlı politoloq Məhəmməd Əsədullazadə Editor.az-a açıqlamasında Rusiyanın Yekaterinburq şəhərində azərbaycanlı miqrantlara qarşı həyata keçirilən şovinist yanaşma və ayrı-seçkilik Kremlin planlaşdırılmış siyasətinin bir hissəsi idi:

“Bu addımların əsas məqsədi Azərbaycanı siyasi təzyiqlərlə qarşı-qarşıya qoymaq, onu strateji kursundan döndərmək idi. Hazırda Cənubi Qafqazda yeni bir siyasi konfiqurasiya formalaşır. Azərbaycan isə bu prosesdə aparıcı aktor kimi çıxış edir və fəaliyyətini strateji tərəfdaşı olan Türkiyə ilə koordinasiyalı şəkildə aparır. Ermənistanla münasibətlərdə əldə edilən irəliləyişlər, xüsusilə sülh gündəliyinin aktuallığı, Moskvanı narahat etməyə başlayıb.

Rusiya artıq Cənubi Qafqazda 200 illik imperiya ambisiyalarını itirir və bu, 21-ci əsrin reallıqları ilə formalaşan yeni regional düzənin bir göstəricisidir. Moskva isə bu reallıqla barışmaqda çətinlik çəkir”.

M.Əsədullazadənin sözlərinə görə, rəsmi Bakıya edilən təzyiqlər nəticəsiz qaldığından, indi Rusiya tərəfi yumşalma addımları atmağa başlayıb: “Prezident Vladimir Putinin göstərişi ilə Rusiyanın fövqəladə hallar naziri Azərbaycana səfər edib. Lakin bu addımların arxasında səmimi niyyətlərin dayanıb-dayanmadığı böyük sual altındadır. Mövcud situasiyada Moskvanın əsas məqsədi vaxt qazanmaq və yeni balans axtarmaq kimi görünür”.

//Gülnarə Abasova, Editor.az