Rusiya Çernobıl AES-də terakt hazırlayır: cinayət Ukraynanın üstünə atılacaqbackend

Rusiya Çernobıl AES-də terakt hazırlayır: cinayət Ukraynanın üstünə atılacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya prezidenti Vladimir Putin Çernobıl AES-də terror aktının hazırlanması barədə göstəriş verib. Bunun məsuliyyəti isə Ukraynaya yüklənəcək.

Editor.az UNİAN-a istinadən xəbər verir ki, bu barədə Ukrayna kəşfiyyatı məlumat yayıb.

Məlumata görə işğalçılar Çernobıl AES-də baş vermiş qəzada hərbçilərimizin iştirakını imitasiya etmək və öz versiyalarını təsdiqləmək üçün saxta “dəlillər” tapmağa çalışırlar.

Xüsusilə, Qostomeldəki Antonov hava limanı yaxınlığında ölən Ukrayna əsgərlərinin cəsədlərinin toplandığı Rusiyaya məxsus soyuducu yük maşınları diqqət çəkib. Onların Çernobıl zonasında öldürülən diversantlara dəyişdirilə biləcəyi ehtimal edilir.

Bildirilir ki, quru hərbi əməliyyatlarından və birbaşa danışıqlardan istənilən nəticəni ala bilməyən Putin dünyanı nüvə silahı ilə şantaj etməklə Ukraynaya dəstək verən ölkələri geri çəkilməyə məcbur etmək istəyir.