Rusiya Çin, ASEAN və Latın Amerikası ölkələri ilə birlikdə alternativ ticarət, nəqliyyat və hesablaşma mexanizmləri yaradacaq.
Editor.az bildirir ki, bu barədə xarici işlər nazirinin müavini Aleksandr Pankin bildirib. Onun sözlərinə görə, bu tədbirlər Qərb ölkələrinin sanksiyalarına görə həyata keçirilir. Pankin qeyd edib ki, ABŞ, Avropa İttifaqı və G7 ölkələri “əlavə risklər doğurur”. Onların arasında “enerji keçidinin birtərəfli formalarını, “mətbəə” inflyasiyasını, Rusiya ərzaq məhsulları və gübrələrin ticarətində qeyri-qanuni maneələri” qeyd etmək olar. Bu da əhalinin və biznesin əsas ehtiyacları – enerji və ərzaq qiymətlərinin bahalaşmasını sürətləndirir, adi vətəndaşların pul kisəsini vurur”, – Pankin deyib.
Nazir müavini bildirib ki, Rusiya hakimiyyəti digər ölkələrlə koalisiyada “Qərb şıltaqlığından asılı olmayan” alternativ ticarət, nəqliyyat və hesablaşma mexanizmləri yaratmağa çalışacaq. Lakin o, bu mexanizmlərin işləmə prinsipinin təfərrüatlarına varmayıb. Qeyd edək ki, ötən həftə Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Xarici Əlaqələr Komissiyasının ofisinin rəhbəri Van Yi Moskvaya səfər edib.
Rusiyanın xarici işlər naziri Sergey Lavrovla görüşdə o bildirib ki, Pekin və Moskva “strateji cəhətdən qətiyyətli olaraq qalır” və çoxşaxəli əməkdaşlıq potensialının yeni üfüqlərini açırlar. O, prezident Vladimir Putinlə də görüşdə Rusiya-Çin münasibətlərinin Qərbin təzyiqlərinə tab gətirdiyini bildirib.
//Samir Qurbanov, Editor.az