Rusiya-Çin aylıq ticarət həcmi Ukrayna münaqişəsinin başlamasından bəri ən yüksək səviyyəyə çatıbbackend

Rusiya-Çin aylıq ticarət həcmi Ukrayna münaqişəsinin başlamasından bəri ən yüksək səviyyəyə çatıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Çin Gömrük Baş İdarəsi Rusiya ilə Çin arasındakı ticarət həcminin 2023-cü ilin yanvar-may ayında yüzdə 40,7 faiz artaraq 93,8 milyard dollara çatdığını açıqlayıb.

Editor.az xarici mediaya istinadla xəbər verir ki, bu rəqəmlərlə may ayında ikitərəfli ticarət həcmi rekordu qırılıb. Təkcə 2023-cü ilin may ayında iki ölkənin ticarət həcmi 20,57 milyard dollar təşkil edib ki, bu da Rusiyanın Ukraynada xüsusi hərbi əməliyyatlara başlamasından bəri əldə edilən ən yüksək dəyərdir.

Rusiya may ayında Çinə 11,3 milyard dollar ixrac etdiyi halda, bu ölkəyə 9,2 milyard dollarlıq məhsul idxal edib. 2023-cü ilin ilk 5 ayında iki ölkə arasındakı ticarət rəqəmlərinə baxıldığında Çinin Rusiyaya ixracının 75,6 faiz artaraq 42,9 milyard dollar, Rusiyanın Çinə ixracının isə 20,4 faiz artaraq 50,8 milyard dollar olduğu görülüb. 2022-ci ilin sonuna qədər Rusiya ilə Çin arasında ikitərəfli ticarət dövriyyəsi 29,3 faiz artaraq rekord həddə – 190,2 milyard dollara çatıb.

//Gülnarə Abasova, Editor.az