Rusiyanın müdafiə naziri Sergey Şoyqu Çin Müdafiə Nazirliyinə təyin edilən Li Şanfu və müavini vəzifəsinə təyin edilmiş Çin Xalq Azadlıq Ordusunun generalı Canq Yuşia və general Hi Veydongu təbrik edib.
Editor.az xarici mediaya istinadən bildirir ki, bu barədə Rusiya Müdafiə Nazirliyindən verilən məlumatda qeyd edilib.
“Rusiya və Çin köhnə dost tərəfdaşlardır. Ümumi sərhəd, tarix və çoxillik dostluqluq ölkələrimizi möhkəm bağlayıb. İkitərəfli münasibətlər görünməmiş yüksək səviyyəyə yüksəlib və dünyada geosiyasi gərginliyin artması şəraitində qlobal sabitliyin möhkəm tərəfdarlarına çevrilib”.
Şoyqu iki ölkə arasında hərbi-texniki texnologiya sahəsində əməkdaşlığın bundan sonra da inkişaf edəcəyinə ümid etdiyini bildirib.
//Safura Bənnayeva, Editor.az