Rusiya, Çin və İran “Dəniz təhlükəsizlik kəməri-2025” təliminə başlayıbbackend

Rusiya, Çin və İran “Dəniz təhlükəsizlik kəməri-2025” təliminə başlayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya, İran və Çin dəniz qüvvələri müxtəlif hərbi tapşırıqları yerinə yetirmək üçün İran sahillərində keçirilən təlimdə bir araya gəlib.

Editor.az xəbər verir ki, Rusiya Müdafiə Nazirliyi Rusiya, Çin və İran donanmalarının İranın Çabahar limanında “Dəniz təhlükəsizlik kəməri-2025” təliminə başladığını açıqlayıb.
Müdafiə Nazirliyinin bəyanatına görə, Rusiya Hərbi Dəniz Qüvvələri təlimdə Sakit Okean Donanmasının “Rezkiy” və “Geroy Rossiyskoy Federatsii Aldar Tsidenjalov” korvetləri və “Peçenqa” tankeri ilə təmsil olunur. Hind okeanının şimalında keçirilən təlimdə üç ölkənin hərbi dəniz qüvvələrinin şəxsi heyəti qaçırılmış gəmilərin xilas edilməsi, dənizdə axtarış-xilasetmə, dəniz və hava hədəflərinə artilleriya atəşinin açılması tapşırıqlarını yerinə yetirəcək. Çabahar Limanı yaxınlığında keçiriləcək təlimdə dəniz hədəflərinin məhv edilməsi, müvəqqəti nəzarət və həbs, zərərin idarə edilməsi və birgə axtarış-xilasetmə əməliyyatları kimi fəaliyyətlər də qazılacaq.

Təlimin məqsədlərinə dəniz təhlükəsizliyinin təmin edilməsi, dənizdə piratçılıq və terrorizmlə mübarizə, dənizdə kommunikasiyaların qorunması daxildir. Bu il təlimlərdə təxminən 15 gəmi, yardımçı gəmilər və döyüş katerləri, eləcə də donanma helikopterləri iştirak edir.

Qeyd edək ki, İranın təşkil etdiyi “Dəniz Təhlükəsizlik Kəməri-2025” beynəlxalq dəniz təlimi artıq 7-ci dəfədir keçirilir. İlk dəfə 2018-ci ildə Oman dənizində keçirilən təlimdə İran, Rusiya və Çin donanmaları mütəmadi olaraq iştirak edib.

//Gülnarə Abasova, Editor.az