Rusiya, Çin və İran diplomatları Pekində görüş keçiriblərbackend

Rusiya, Çin və İran diplomatları Pekində görüş keçiriblər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Çinin xarici işlər nazirinin müavini Ma Çjaos bildirib ki, Rusiya, Çin və İran diplomatları Pekində görüş keçiriblər. Görüşdə İranın nüvə problemi və sanksiyaların ləğvi müzakirə olunub.

Tərəflər həmçinin BRİKS və Şanxay Əməkdaşlıq Təşkilatı çərçivəsində tərəfdaşlığı dəstəkləmək və gücləndirmək barədə razılığa gəliblər. Bildirilir ki, görüşdə Rusiya Federasiyası xarici işlər nazirinin müavini Sergey Ryabkov, eləcə də Çin və İran xarici işlər nazirlərinin müavinləri Ma Çjaos və Kazem Qarib-Abadi iştirak ediblər.

Dünən məlum olub ki, Tehran İranın nüvə problemi ilə bağlı təkliflər barədə Donald Trampdan məktub alıb. İran Xarici İşlər Nazirliyi də bu məsələ ilə bağlı ABŞ-la təmasların olduğunu bildirib.

//Samir Qurbanov, Editor.az