Rusiya çox təhlükəli oyun oynayır – ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Millerbackend

Rusiya çox təhlükəli oyun oynayır – ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Moskva Zaporojye atom elektrik stansiyasını ələ keçirməklə çox təhlükəli oyun oynayır. Vaşinqton Zaporojya AES-dəki vəziyyəti izləyir: “Biz Zaporojye atom elektrik stansiyasına PUA hücumu ilə bağlı xəbərlərdən xəbərdarıq.

Biz stansiyadakı şəraiti, o cümlədən MAQATE-nin rəsmi hesabatını izləməyə davam edirik və bu, xoşbəxtlikdən, İHA-nın hücumundan gələn zərərin nüvə təhlükəsizliyinə xələl gətirmədiyini qeyd edib”.

Editor.az bildirir ki, bu fikirləri ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller deyib. Onun sözlərinə görə, “Rusiya Ukrayna AES-i ələ keçirməklə çox təhlükəli oyun oynayır”. Eyni zamanda o, Moskvanı işğalçı qoşunları çıxarmağa və stansiyaya nəzarəti ukraynalı mütəxəssislərə qaytarmağa çağırıb. Bundan əlavə, Miller nüvə fəlakətinə səbəb ola biləcək hər hansı hərəkətin yolverilməzliyini xatırladıb.

//Samir Qurbanov,Editor.az