“Rusiya Dağlıq Qarabağın idarəedilməsini Azərbaycanın ixtiyarına verilməsinə birmənalı şəkildə razıdır”backend

“Rusiya Dağlıq Qarabağın idarəedilməsini Azərbaycanın ixtiyarına verilməsinə birmənalı şəkildə razıdır”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gözlədiyimiz xəbər gəldi. Moskvada Azərabycan, Rusiya və Ermənistan arasında üçtərəfli müqavilə imzalandı. Müqavilədəki şərtlər Azərbaycan dövlətinin və millətinin bütün maraqlarını özündə ehtiva etdi. 3 ölkə liderinin imzaladığı bəyanat da tamamilə Azərbaycanın milli maraqlarına uyğundur. Ən əsas odur ki, istər imzalanan müqavilədə, istər imzalanan bəyanatda, istərsə də mətbuata edilən birgə açıqlamalarda Rusiyanın maraqları ilə Azərbaycanın maraqları tamamilə üst-üstə düşür. Çünki bu, çox vacib məqamdır. Nə qədər ki, Rusiyanın çıxarları ilə Azərbaycanın milli maraqları üst-üstə düşür, bu, bir o qədər bizim üçün uğurlu faktordur.

Təbii ki, bütün bu uğurların memarı Azərbaycan xalqının böyük oğlu İlham Əliyevdir. Məhz onun uzaqgörən, balanslaşdırılmış və milli maraqlara söykənən xarici siyasəti Azərbaycanı növbəti uğurun zirvəsinə qaldırdı.

Məlum olduğu kimi ABŞ, Avropa ölkələri, xüsusən də Fransa 10 noyabr anlaşmasından razı qalmamışdılar. Və bütün vasitələrlə bu anlaşmanı pozmağa çalışırdılar. Fransa prezidenti Emmanuel Makronun bu günkü üçtərəfli görüşdən qabaq Vladimir Putinə başılovlu zəng etməsi də bunun təsdiqidir. Üstəlik, Ermənistanın siyasi elitasında da tam əksəriyyət nəinki bu müqavilənin imzalanmasını, ümumiyyətlə, bu formatda görüşün keçirilməsini istəmirdi. Ermənistan müxalifəti Baş nazirinin Moskva səfərini əngəlləmək üçün bütün vasitələrə əl atdı. Hətta təxribatdan da çəkinmədilər. Lakin hər şey bizim istədiyimiz kimi yekunlaşdı.

İndi isə gələk birgə bəyanatın şərtlərinə.

Birinci bənddə deyilir ki, Vladimir Putinin təşəbbüsü ilə iqtisadi və kommunikasiyaların bərpası və yenidən qurulması üçün üçtərəfli işçi qrupu yaradılır. İşçi qrupuna Rusiya, Azərbaycan və Ermənistan baş nazirlərinin müavinləri rəhbərlik edir.  “Kor nə istəyir? iki göz – biri əyri, biri düz”.  Bənd tamamilə maraqlarımıza cavab verir.

İkinci bənddə deyilir ki, işçi qrup 31 yanvar 2021-ci ildə ilk iclasını keçirir. Avtomobil və dəmir yollarının bərpası və yenidən qurulması üçün ilkin istiqamətlər müəyyən edilir. Bu da, əla!

Üçüncü bənddə deyilir ki, işçi qrupunun həmsədrləri tərəfindən hər 3 ölkədən olan ekspertlər və aidiyyai dövlət qurumlarının nümayəndələrinin tərkibi təsdiq edilir. Təsdiq edilmiş ekspert qrupu bir ay müddəMəlum olduğu kimi ABŞ, Avropa ölkələri, xüsusən də Fransa 10 noyabr anlaşmasından razı qalmamışdılar. Və bütün vasitələrlə bu anlaşmanı pozmağa çalışırdılar. Fransa prezidenti Emmanuel Makronun bu günkü üçtərəfli görüşdən qabaq Vladimir Putinə başılovlu zəng etməsi də bunun təsdiqidir. Üstəlik, Ermənistanın siyasi elitasında da tam əksəriyyət nəinki bu müqavilənin imzalanmasını, ümumiyyətlə, bu formatda görüşün keçirilməsini istəmirdi. Ermənistan müxalifəti Baş nazirinin Moskva səfərini əngəlləmək üçün bütün vasitələrə əl atdı. Hətta təxribatdan da çəkinmədilər. Lakin hər şey bizim istədiyimiz kimi yekunlaşdı.tinə təkliflər paketi hazırlayır və işçi qrupuna təqdim edir. Bu da, əla!

Dördüncü bənddə isə deyilir ki, 1 mart 2021-ci ilə qədər işçi qrupunun hazırladığı hesabat tərəflərin ən üst səviyyələrinə təqdim edilir. Dövlət başçıları təklifləri və iş qrafikini təsdiqlədikdən sonra ərazilər üzrə avtomobil və dəmir yollarının bərpasına və yenidən qurulmasına başlanılır. Bu da, lap əla!

Göründüyü kimi, birgə bəyanatların bütün bəndləri Azərbaycanın milli maraqlarına uyğundur. Çünki bərpa olunacaq ilk kommunikasiya dəhlizi Azərbaycan-Naxçıvan dəmir yolu olacaq. Bu isə ölkəmizin iqtisadi inkişafına və beynəlxalq daşımalara böyük töhfələr verəcək. Üstəlik, Azərbaycan qonşu dövlətlərlə – Rusiya ,İran, Türkiyə və ən əsası Ermanistanla yeni nəqliyyat dəhlizləri quracaq.

Bu gün keçirilən üçtərəfli görüşün ən əlamətdar hadisəsi o oldu ki, Nikol Paşinyanın bütün cəhdləri uğursuzluqla yekunlaşdı. Bəs Paşinyan bu görüşdə nələrin müzakirəsinə və hansı qərarların qəbul edilməsinə çalışırdı?

Birincisi, Paşinyan istəyirdi ki, bu görüşdə Dağlıq Qarabağın statusuna aydınlıq gətirilsin. Lakin bu məsələ, ümumiyyətlə, müzakirəyə çıxarılmadı. Bu isə o demək idi ki, Rusiya Dağlıq Qarabağın idarəedilməsini Azərbaycanın ixtiyarına verilməsinə birmənalı şəkildə razıdır. Bu, özlüyündə böyük hadisədir.

İkincisi, Ermənistan Baş naziri dolayısı ilə 10 noyabr anlaşmasını pozmaq istəyirdi. Bunun üçün münaqişəni yenidən ATƏT Minsk qrupunun nəzarətinə qaytarmaq və 5 ay bundan qabaqkı staus-kvonu bərpasına çalışdı. Bu təklif nəinki müzakirə olunmadı, əksinə bu təkifin səslənməsi Rusiya və Azərbaycan liderlərinin açıq qəzəbinə səbəb oldu.

Üçüncüsü, Paşinyan çalışdı ki, görüşdə iqtisadi-siyasi məsələlər deyil, humanitar məsələlər müzakirə edilsin. Yəni görüş xatirinə görüş. Ermənistan liderinin bu istəyi də baş tutmadı.

Dördüncüsü, Paşinyan istəyirdi ki, əsir və girovlar məsələsi yenidən müzakirəyə çıxarılsın. Çünki 10 noyabr anlaşmasından sonra Azərbaycan tərəfi xeyli sayda erməni terrorçu dəstələrini zərərsizləşdirib və xeyli sayda erməni əsgərini əsir götürüb. Paşinyan istəyirdi ki, heç olmasa bu məsələ həll edilsin və onun İrəvana qayıtmağa üzü olsun. Və məmnunluqla deyə bilərik ki, Paşinyanın bu arzusu da ürəyində qaldı və o, Vətəninə üzü qara qayıtdı.

Ən nəhayət, bu günki görüşün zirvəsi o oldu ki, Vladimir Purin də Azərbaycan prezidenti İlham Əliyevin məşhur fikirlərini dilə gətirdi: Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi adlı bir söz birləşməsi yoxdur. Bu ifadə 2020-ci ildə qaldı.

Bütün bunlar isə Azərbaycan dövlətinin, xalqımızın və ən nəhayət, dövlət başçımızın titanik və əvəzsiz qələbəsinin təntənəsidir. Artıq Qarabağ deyilən bir problemimiz yoxdur. Sadəcə Qarabağ yaralarını sarmaq qayğılarımız var. Onu da Xalq-İlham Əliyev birliyi ən yaxın zamanlarda həll edəcək.

Yenisabah