Rusiya daha bir beynəlxalq təşkilatın rəhbər strukturlarından xaric edildibackend

Rusiya daha bir beynəlxalq təşkilatın rəhbər strukturlarından xaric edildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya BMT-nin Beynəlxalq Dəniz Təşkilatının (IMO) rəhbər şurasına yenidən seçilmək üçün lazımi sayda səs toplaya bilməyib.

Daha əvvəl Ukrayna prezidenti Volodimir Zelenski səsvermədə iştirak edən ölkələri Rusiyanın BMT-nin icra orqanının bir hissəsi olmasına imkan verməməyə çağırıb.

Editor.az bildirir ki, bu barədə “Reuters” məlumat verib.
Rusiya “A” kateqoriyası ilə şuraya üzvlük üçün 11 namizəd ölkədən biri olub. Bu kateqoriyaya beynəlxalq nəqliyyat xidmətlərinin göstərilməsində ən çox maraq göstərən dövlətlər daxildir.

X sosial şəbəkəsində (keçmiş Twitter) IMO-nun mətbuat xidməti şuraya on ölkənin nümayəndələri seçildiyini bildirib: Çin, Yunanıstan, İtaliya, Yaponiya, Liberiya, Norveç, Panama, Cənubi Koreya, Böyük Britaniya və ABŞ. IMO-ya müraciətində Volodimir Zelenski Rusiyaya səs verməməkdə israr edib. Çünki bu ölkə “son onilliklər ərzində azad naviqasiyaya ən böyük ziyan vurub”.

Rusiyanın IMO-dakı nümayəndələri ölkənin təşkilatda yer almağa layiq olduğunu bildiriblər.
Xatırladaq ki, IMO beynəlxalq daşımaların təhlükəsizliyini tənzimləyir və 175 dövləti əhatə edir. Rusiya 1958-ci ildə təşkilata üzv olub və davamlı olaraq onun şurasına yenidən seçilib.

//Samir Qurbanov, Editor.az