RUSİYA DAHA BİR GENERALININ MƏHV EDİLDİYİNİ TƏSDİQLƏDİ – Foto + VİDEObackend

RUSİYA DAHA BİR GENERALININ MƏHV EDİLDİYİNİ TƏSDİQLƏDİ – Foto + VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya mediası bir ay əvvəl Ukraynada öldürülən rus generalı Vitali Tsikulun ölümünü təsdiqləyib və onun dəfn mərasimindən görüntülər paylaşıb. Bununla da, altı aya yaxındır davam edən Rusiya-Ukrayna müharibəsində öldürülən yüksək rütbəli rus zabitlərinin sayı 100-ə çatıb.

36 yaşlı tank komandiri, polkovnik-leytenant Vitali Tsikulun dəfn mərasimi Rusiyanın Çebarkul şəhərində yerləşən provaslav kilsəsində baş tutub.

Tsikulun Ukraynada necə həlak olduğuna dair ətraflı məlumat verilməsə də, onun ölümündən əvvəl Rusiyanın Mərkəzi Hərbi Dairəsinin 90-cı tank diviziyasında xidmət etdiyi bildirilir.

Qərb mediası yazır ki, Rusiya müharibədəki itkilərini gizlətmək üçün cəbhədə həlak olan rus hərbçilərinin cəsədlərini ailələrinə çox gec göndərməyə çalışır.

Pentaqonun yüksək rütbəli rəsmisi Colin Kahl jurnalistlərə açıqlamasında bildirib ki, 6 aya yaxındır davam edən müharibədə Rusiya 80 minə yaxın hərbçisini itirib.

C. Kahl deyib ki, Putin Ukrayna müharibəsində heç bir mqəsədini reallaşdıra bilməyib: “Rusiyanın əsas məqsədi Ukraynanı tam ələ keçirərək, Kiyev rejiminin və Ukraynanın müstəqilliyinə son qoymaqdır. Hələlilk bunların heç biri baş verməyib”.

 

“AzPolitika.info”