Rusiya daha bir ölkədə yeni cəbhə açır?- “Müharibənin miqyası genişlənərsə…”- Tofiq Abbasovdan AÇIQLAMAbackend

Rusiya daha bir ölkədə yeni cəbhə açır?– “Müharibənin miqyası genişlənərsə…”- Tofiq Abbasovdan AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avropa Şurasının rəhbəri Şarl Mişel bildirib ki, tanınmamış Dnestryanı bölgədə gərginliyin qarşısı alınmalıdır. Şarl Mişel Moldovaya hərbi yardım çərçivəsində Aİ-nin artıq logistika və kibertəhlükəsizlik imkanlarının təmin edilməsi ilə bağlı qərarlar qəbul etdiyini vurğulayıb. Həmin vaxt Ukrayna Prezident Ofisinin rəhbərinin müşaviri Mixaylo Podolyak demişdi ki, Ukrayna uduzsa, Rusiya qoşunları Kişineunun qapılarında olacaq. Sonra Böyük Britaniya müdafiə naziri Ben Uolles Rusiyanın müharibəni Ukraynadan kənara çıxara biləcəyi barədə xəbərdarlıq etmişdi. Ardınca isə məşhur “The Times” qəzeti yazmışdı ki, Rusiya moldovaya hücum etmək qərarına gəlib.

Maraqlıdır, Rusiya Moldovada yeni cəbhə aça, müharibənin miqyasını genişlənə bilərmi?

Mövzu ilə bağlı Editor.aza açıqlamasında politoloq Tofiq Abbasov bildirib ki, Ukraynada gedən proseslərin mahiyyəti son dərəcədə gərgindir:

“Görünür,  hərbi əməliyyatların sonuna hələ çox var. Rusiyanın Hərbi Komandanlığı da bu məsələ ilə bağlı bir qərara gəlməyib. Digər tərəfdən isə qarşıdurma xətti bir qədər də genişlənir. Ona görə Moldovanın narahatçılığı normaldır. Narahatçılıq isə ondan ibarətdir ki, bu münaqişə onun sərhədlərinin yaxınlığındadır və ölkə daxilində də  bəzi qüvvələr gərgin vəziyyət yaradırlar. Moldova Respublikasının Prezidenti xanım Sandu başda olmaqla, Moldova hakimiyyəti açıq-aşkar qərbpərəst siyasətin tərəfdarı olduqlarını bildirirlər. Avropa ilə inteqrasiya onların ən ümdə məsələlərindən biridir. Avropa inteqrasiyasında olan ölkələrlə bağlı rəsmi Kişinyov strateji sahələrdə əməkdaşlığa, əlaqələrin genişləndirilməsində maraqlıdır”.

Müsahibimizin sözlərinə görə, müharibə başladığı gündən Rusiya daxilində ermənipərəst qüvvələr cəfəşanlıq edir:

“Ermənistanı sövq edirlər ki, Ukraynadakı separatçılara kömək etsinlər. Bütün bunlar göstərir ki, müharibənin beynəlmiləşməsində olan maraqlı tərəflər var. Moldova rəhbərliyi hal-hazırda son dərəcədə soyuqqanlı mövqe tutur və imkan verilməyəcək ki, bu proseslər onların ərazisinə keçsin. Təbii ki, təxribatlar ola bilər. Xüsusi xidmət orqanları da çalışır ki, müharibənin alovu onların ölkəsinin ərazisinə atılmasın, süni surətdə orada gərginlik yaradılmasın və ölkə öz sabitliyini saxlaya bilsin. İnanmıram ki, bu proseslərdə Moldova Rusiyanın hədəfinə çevrilsin. Çünki Ukraynada gedən proseslər müharibənin miqyasının daha da genişlənməsinə, Rusiya  bir neçə cəbhədə mübarizə aparmasına imkan verməyəcək”.

//Gülnarə Abasova, Editor.az