Rusiya danışıqları qeyri-müəyyən müddətə uzatmağı planlaşdırır – “The Wall Street Journal”backend

Rusiya danışıqları qeyri-müəyyən müddətə uzatmağı planlaşdırır – “The Wall Street Journal”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya tez atəşkəs istəmir və müharibəni dayandırmaq üçün öz şərtlərini formalaşdırmaq üçün danışıqlarını qeyri-müəyyən müddətə uzatmağı planlaşdırır.

Editor.az bildirir ki, bu barədə “The Wall Street Journal” yazıb. Nəşrə görə, Moskva danışıqlarda mövqeyini yaxşılaşdırmaq üçün hərbi hücumlardan istifadə etməkdə artıq böyük təcrübəyə malikdir. Moskva bu strategiyadan İkinci Dünya Müharibəsi zamanı Suriyadan Yalta danışıqlarına qədər istifadə edib.

Son günlər belə görünürdü ki, ABŞ-ın siyasəti qəti şəkildə Rusiyanın xeyrinə dəyişir. Lakin bu dəyişikliyi danışıqlar masası arxasında razılaşmalara çevirmək asan olmayacaq. Putinin məqsədləri onun qüvvələrinin Ukraynada əldə etdiyi ərazi qazanclarından çox uzaqdır. Ağ Evin Rusiya üzrə keçmiş müşaviri Tomas Qrem deyib: “Kremldə Tramp və xalqının həll edilməli olan məsələlərin çətinliyini və ya mürəkkəbliyini başa düşdüyünə dair böyük şübhə var”.

//Samir Qurbanov, Editor.az