Rusiya DİN “Nə? Harada? Nə zaman?”ın iştirakçısı Rövşən Əsgərovu axtarışa verdibackend

Rusiya DİN “Nə? Harada? Nə zaman?”ın iştirakçısı Rövşən Əsgərovu axtarışa verdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyada “Nə? Harada? Nə zaman?” intellektual oyununun iştirakçısı Rövşən Əsgərov axtarışa verilib.

“4 may 1972-ci il təvəllüdlü Rövşən Əsgərov Cinayət Məcəlləsinin maddəsi ilə axtarışa verilib”, – deyə Rusiya Daxili İşlər Nazirliyinin axtarış bazasındakı məlumatda deyilir.

Onun hansı maddə ilə axtarışa verildiyi dəqiqləşdirilməyib.

Aprelin sonunda Əsgərova qarşı nasizmin reabilitasiyası (Rusiya Federasiyası Cinayət Məcəlləsinin 354.1-ci maddəsinin 4-cü bəndi) üzrə cinayət işi başladılıb.

İstintaq müəyyən edib ki, o, aprelin 6-da “Facebook” səhifəsində qəsdən Sovet İttifaqının marşalı Georgi Konstantinoviç Jukovun xatirəsini təhqir edən və gözdən salan yalan məlumatlar dərc edib.

Rövşən Əsgərov 30 il müddətində “Nə? Harada? Nə zaman?” intellektual oyununda iştirak edib, 2001-ci ildə yarışın mükafatlarından olan “Büllur bayquş” qazanıb.