Rusiya Dnepr şəhərinin özəl sektoruna raket zərbələri endirməyə başlayıb. Hücum nəticəsində ölən və yaralananlar var.
Editor.az bildirir ki, bunu oktyabrın 18-də şəhərin meri Boris Filatov deyib. O, müvafiq yazını saat 10:31-də Telegram-da dərc edib. “Yenə, yenə, yenə… Dneperdə özəl sektora raketlərlə vururlar. Ölənlər və yaralananlar var”, – o yazıb. Rəsmilər ukraynalıları sosial şəbəkələrdə “raketlər”lə bağlı foto və videolar yerləşdirməməyə çağırıb.
“Biz CAA-dan bütün rəsmi təfərrüatları gözləyirik” – deyib. Prezident Aparatının rəhbəri Andrey Ermakın məlumatına görə, Rusiya Federasiyası Dnepropetrovsk vilayətinin Obuxovka kəndini raketlərlə vurub. “Dnepropetrovsk rayonu, Obuxovka kəndi.
Ruslar şəxsi evləri vurub, 31 yaşlı qadın ölüb”, – o yazıb. Öz növbəsində, Ukrayna Daxili İşlər Nazirliyinin rəhbəri İqor Klimenko qadının ölümünü təsdiqləyib və Rusiyanın hücumu nəticəsində 4 ukraynalının xəsarət almasına aydınlıq gətirib. Obuxovkada 8 fərdi yaşayış evi dağıdılıb, təcili yardım xidmətləri işləyir.
//Samir Qurbanov, Editor.az

