Rusiya: “Dnestryanı sərhəd yaxınlığına Ukrayna əsgərləri və silahları yığılıb“backend

Rusiya: “Dnestryanı sərhəd yaxınlığına Ukrayna əsgərləri və silahları yığılıb“

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukraynanın Moldovada yerləşən və birtərəfli qaydada müstəqilliyini elan edən Dnestryanı bölgəni ələ keçirmək üçün sərhədə qoşun və silah yerləşdirdiyi iddia edilib.

Editor.az xarici mediaya istinadən bildirir ki, bu barədə Rusiya Müdafiə Nazirliyindən verilən açıqlamada qeyd edilib.

Ukrayna Silahlı Qüvvələrinin “Rusiya ordusunun Dnestryanı bölgəyə hücumu” iddiası ilə həmin əraziyə hazırda çoxsaylı hərbi texniki maşınlar, silah-sursat yığıldığı qeyd edilib. Bundan əlavə, Dnestryanı bölgə üzərində Ukrayna ordusunun pilotsuz uçuş aparatlarının uçuşlarında görünməmiş artım müşahidə olunur.

Bəyanatda qeyd olunub ki, Ukrayna tərəfindən sözügedən “planlı təxribat”ın həyata keçirilməsi “Dnestryanıda qanuni olaraq yerləşdirilmiş Rusiya sülhməramlı qüvvələri” üçün birbaşa təhlükə yaradacaq.

//Safura Bənnayeva, Editor.az