Rusiya Donbas bölgəsinin Ukrayna tərkibində xüsusi statusla qalmasına razı olacaq- AÇIQLAMAbackend

Rusiya Donbas bölgəsinin Ukrayna tərkibində xüsusi statusla qalmasına razı olacaq- AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Rusiya-Ukrayna gərginliyi NATO-ya üzvlük məsələsi üzündən çıxırsa, bu, hamını avam yerinə qoymaqdan başqa bir şey deyildir. Rusiya NATO-ya Ukraynanın daxil olması məsələsini 2014-cü ildə Krım və Donbas bölgələrini işğal etməklə kökündən həll edib. Rusiya yaxşı bilir ki, ərazisində bu tip problem olan heç bir ölkənin NATO-ya daxil olması mümkün deyil və NATO-da belə ölkələri öz sıralarına qəbul etmir. Odur ki, Ukrayna istəyindən asılı olmayaraq NATO-ya üzv olmayacaq”.

Bu fikirləri Editor.az-a açıqlamasında politoloq Azər Qasımov deyib.

Siyasi analitikin sözlərinə görə Rusiyanın və ümumiyyətlə bütün münaqişə tərəflərinin dərdi öz planlarını həyata keçirmək üçün bəhanə axtarmaqdır:

“Ona görə hesab edirəm ki, heç bir müharibə olmayacaq, çünki burda heç kimin müharibə etmək fikri yoxdur. ABŞ-ın dərdi Avropanı Rusiya ilə qorxutmaqdır. Rusiyanın dərdi ən əsas ətrafına hədə-qorxu gəlib, onları idarə etməkdir biz də daxil…Ukrayna Qərbdən silah qopartmaq və güclənmək dərdindədir. Burda əsas arada qalan Avropadır. Heç nədən başları ağrıyır. Hesab etmək olar ki, Rusiya qaz borusunın(Şimal axını-2) icazəsini alandan, Amerika Avropanı öz yanına çəkəndən, Ukrayna da ərazisindən keçən qaz borularının işləyəcəyi sözünü alandan sonra Minsk formatına qayıdacaq və ola bilsin ki, Rusiya Donbas bölgəsinin Ukrayna tərkibində xüsusi statusla qalmasına razı olacaq. Krım isə kağız üzərində problem olaraq qalacaq, reallıqda isə bu məsələ bağlanacaq Kipr məsələsi kimi..”

//Gülnarə Abasova, Editor.az