Naməlum pilotsuz uçuş aparatları Şlezviq-Holşteyndəki ən böyük sənaye parkının üzərindən uçub.
“Bild” yazır ki, polis bölmələri və prokurorluq bu yaxınlarda düşmən obyektinə görə həyəcan vəziyyətinə gətirilib – söhbət Rusiyanın hərbi pilotsuz uçan aparatından gedə bilər. Bundan əlavə, son günlər istismardan çıxarılan atom elektrik stansiyasının, mayeləşdirilmiş təbii qaz terminalının və Brunsbüttel şəhərindəki kimya zavodlarının üzərindən bir neçə dron uçub.
“Atom elektrik stansiyasının üzərində uçuşa qadağa zonası bir neçə dəfə pozulub. Hərbi pilotsuz təyyarə olduğu güman edilən düşmən obyekti ələ keçirilib”, – polisin daxili hesabatında deyilir. Flensburq prokurorluğu təxribat məqsədilə gizli fəaliyyətləri araşdırır. Jurnalistlərin fikrincə, pilotsuz təyyarələr Rusiya agentləri tərəfindən Şimal dənizində mülki gəmilərdən buraxıla bilər.
//Samir Qurbanov, Editor.az