Rusiya dronları barıt zavoduna düşdü, yanğın baş verdibackend

Rusiya dronları barıt zavoduna düşdü, yanğın baş verdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Aprelin 30-na keçən gecə Rusiya dronlarının Vladimir vilayətinə düşməsi səbəbindən zavodda yanğın baş verib.

Bu barədə “Astra” Telegram kanalı məlumat yayıb. Yerli sakinlərin sözlərinə görə, Verbovski rayonundakı müəssisəyə, o cümlədən barıt zavoduna hücum edilib. Kanal aydınlaşdırır ki, “Murom Cihazqayırma Zavodu” başqa məmulatla yanaşı, pirotexniki vasitələr istehsal edir və 2023-cü ildən Avropa İttifaqı və Ukraynanın sanksiyaları altındadır.

Vilayətin qubernatoru Aleksandr Avdeyev Muromun gecə saatlarında pilotsuz təyyarələrin hücumuna məruz qaldığını və onların elektron döyüş sistemlərindən istifadə edərək öz kursundan yayındırıldığını bildirib. Bununla belə, dronlar şəhərdəki müəssisənin iki binasına ziyan vurub: anbarda 720 m²-ə qədər yanğın baş verib, digər binaya isə “cüzi” ziyan dəyib. Region rəhbəri bildirib ki, hazırda yanğının qarşısı alınıb. O, dronların dəqiq hara düşdüyünü açıqlamayıb.

//Samir Qurbanov, Editor.az