Sentyabrın 30-na keçən gecə Rusiya ordusu pilotsuz təyyarələrlə Kiyevə hücum edib.
Bu barədə bu gün səhər şəhər hərbi administrasiyası məlumat yayıb. Çoxmərtəbəli yaşayış binasında yanğın baş verib və18 nəfər təxliyə edilib.
Kəskin stress reaksiyası keçirən 11 yaşlı uşaq da daxil olmaqla, 9 nəfər yaralanıb, – KVHA məlumatında deyilir.
//Samir Qurbanov, Editor.az

