Rusiya dronlarla Dneprə hücum edib, yaralananlar varbackend

Rusiya dronlarla Dneprə hücum edib, yaralananlar var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Silahlı Qüvvələri “Şahid” dronları vasitəsilə Ukraynanın Dnepr şəhərinə hücum çəkməsi nəticəsində dörd nəfər yaralanıb, törədilmiş dağıntılar altında insanlar qalıb.

Bu barədə vilayət dövlət administrasiyasının başçısı Serhiy Lısak teleqramda açıqlayıb.

“Rusiyalılar “Şahid”lərlə vilayətə hücum edib. Dneprdə çoxmərtəbəli binaya zərbə endirilib. İlkin dörd nəfərin yaralandığı məlumdur. Dağıntılar altında insanlar qalıb. Axtarış-xilasetmə əməliyyatı davam etdirilir”, – o qeyd edib.

Xatırladaq ki, daha öncə Rusiya qüvvələrinin Donetsk vilayətinin Konstyatınopolske kəndini atəşə tutması bir nəfərin ölümü, doqquz nəfərin yaralanması ilə sonuclanmışdı.