Rusiya dünyanı bununla şantaj edirbackend

Rusiya dünyanı bununla şantaj edir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyanın Ukraynaya müdaxiləsi pandemiyanın və iqlim dəyişikliklərinin doğrurduğu nəticələrdən birini – qlobal ərzaq çatışmazlığını daha da gücləndirib. Bu sahənin ekspertlərindən biri BMT-yə bildirib ki, dünyanın cəmi 10 həftəlik buğda ehtiyatı qalıb. “Ekonomist” yazır ki, BMT-nin hesablamalarına görə, buğda ehtiyatlarının azalması 2008-ci ildən bəri ən aşağı səviyyədədir.

Editor.az  axar.az-a istinadən bildirir ki, bu barədə fikirlərini qeyd edən iqtisadçı ekspert Qubad İbadoğlu ABŞ Dövlət katibi Entoni Blinkenin Rusiyanı müharibə strategiyasının tərkib hissəsi kimi ondan asılı olan ölkələri buğda “girovluğunda” saxlamaqda günahlandırdığını bildirib.

“Bildiyiniz kimi, illik 100 milyon tona qədər taxıl istehsalı gözlənilən Rusiya bu məhsulların ixracını iyunun 30-dək qadağan edib, Ukraynanın istehsalı məhdudlaşdırıb, Qazaxıstan ixraca kvota, Çin və Hindistan müvəqqəti olsa da, qadağa tətbiq edib. Durum çox acınacaqlıdır. Belə vəziyyət Azərbaycanı da təsirləndirəcək. Bizdə davamlı qıtlıq olacağını gözləmirəm, amma kəskin bahalaşma qaçılmazdır. Xüsusilə də un və un məmulatlarının, hətta buğdadan alınan spirtli içkilərin, o sıradan da pivənin qiymətləri artacaq”, – ekspert qeyd edib.