“Rusiya dünyaya göstərir ki, istənilən an  Ukraynaya böyük zərbə vura bilərik”-Politoloqdan AÇIQLAMAbackend

“Rusiya dünyaya göstərir ki, istənilən an  Ukraynaya böyük zərbə vura bilərik”-Politoloqdan AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Müharibələr şiddətli hal aldıqda təhlükə və risklərin də sayı durmadan artır. Böyük ərazilər istər-istəməz risk daşımağa başlayır. Rusiya birinci dəfə deyil ki, bu taktikalara əl atır və Ukraynaya hücumları müəyyən dənizlər istiqamətində yeridir”.

Bu fikirləri Editor.az-a açıqlamasında politoloq Tofiq Abbasov bildirib.

Onun sözlərinə görə, 2003-cü il İraq kampaniyasında da ABŞ uzaq məsafədən raket zərbələri endirirdi:

“ Fövqəl dövlətlər belə hallarda öz imkanlarının genişliyini diqqətə gətirməyə çalışırlar. Birincisi, uzaq məsafələrdən açılan atəş həm ölkənin potensialını göstərir, həm də çeşidli imkanlarının mövcudluğunu təsdiqləyir. Qarşı tərəflərə bildirir ki, “biz istənilən halda hədəfləri uzaq məsafədən də vura bilərik”. Yaxşı silahı olan tərəflərin atəş açan zaman məqsəddənyayınma məsafələri də bir qədər yığcam olur. Bir çox hallarda Rusiyanın mövqeyini bəyənməyən, onu tənqid edən tərəflərə də psixoloji təsir göstərir”.

Politoloq bildirir ki, raketlər uzaq məsafədən buraxıldıqda  bir çox ərazi üzərindən uçur:

“Məsələn, Maldova öz ərazisindən həmin raketlərin uçduğunu qeyd edir və buna görə bir neçə tədbir görməyi planlaşdırır. Rusiyanın bu addımını ölkə suverenliyinə təhdid və hörmətsizlik kimi qiymətləndirir. Maldova bununla Rusiyanın Ukraynada apardığı müharibəni düzgün qiymətləndirmədiyini və qınadığını bildirir. Dövlətlər siyasi və mənəvi təsir dairələrini genişləndirməyə çalışırlar. Çünki bu gün Rusiyanı qınayan dövlətlərin sayı həddən artıq çoxdur. Onlar Rusiyanın işğal siyasəti yeritdiyini bildirirlər. Rusiya isə öz növbəsində Ukraynada nasizm meyllərinin baş qaldırdığını və Sovet İttifaqının varisi kimi bu hadisələrə biganə qala bilmədiyini qeyd edir”.

T.Abbasovun sözlərinə görə, bir çox ölkələrdə elə silahlar və raket sistemləri var ki, onlar bütün dünya üçün təhlükə yaradır:

“ Onlar “qırmızı xətt” keçilərsə, dünyanı və insan birliyini böyük fəlakət gözlədiyini göstərir. Silahların çox olması bir növ sığortalama vasitəsidir. Rusiya göstərir ki, onun həddindən artıq böyük imkanları var. Xəzər dənizi Azərbaycan ərazisində yerləşir. Digər tərəfdən Azərbaycan Rusiya və Ukrayna müharibəsinin dayandırılıb sülh müqaviləsinin imzalanmasının tərəfdarıdır. Eyni zamanda, Rusiya, Ukrayna, İran ilə əməkdaşlıq edir, bu proseslərə balansla yanaşırıq”.
 
//Safura Bənnayeva, Editor.az