Rusiya hökuməti bərk buğda kimi tanınan Durum buğdasının 31 may 2024-cü ilə qədər ixracına qadağa qoyulduğunu açıqlayıb.
Editor.az xəbər verir ki, bu barədə Rusiya hökumətinin bəyanatında deyilir.
Açıqlamada qadağanın 2024-cü il mayın 31-dək tətbiq ediləcəyi və bu tədbirin ölkənin ərzaq təhlükəsizliyini və qiymət sabitliyini təmin etmək məqsədi daşıdığı bildirilib. Lakin bu qadağanın beynəlxalq hökumətlər arasında razılaşmalar çərçivəsində humanitar yardım və çatdırılmalara aid olmadığı vurğulanıb.
//Gülnarə Abasova, Editor.az

