Rusiya əczaçılıq sənayesini modernləşdirməyin yollarını axtarırbackend

Rusiya əczaçılıq sənayesini modernləşdirməyin yollarını axtarır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya əczaçılıq sənayesini modernləşdirməyin yollarını axtarır Rusiya prezidenti Vladimir Putin bazarda yerli dərmanların payının artırılmasının vacibliyini açıqlayıb.

Onun fikrincə, xarici təchizatçılardan müstəqilliyi gücləndirmək lazımdır.

Bu barədə Editor.az Rusiya mətbuatına istinadən məlumat verir. Məlumata görə, Rusiya lideri qeyd edib ki, qarşıya qoyulan məqsədə nail olmaq üçün avadanlıqların modernləşdirilməsi və yeni istehsal müəssisələrinin tikintisi, texnologiyaların təkmilləşdirilməsi, elmi-tədqiqat laboratoriyalarının və mərkəzlərinin kadr və maddi-texniki potensialının artırılması lazımdır.

Bundan əlavə, Putin mütəxəssislərin, texnoloqların, əczaçıların hazırlığının təkmilləşdirilməsinin zəruriliyinə də diqqət çəkib. Sonda Putin qeyd edib ki, Rusiya əczaçılıq sənayesi müsbət tendensiya nümayiş etdirir və bu sahədə çalışan bütün mütəxəssislər onun inkişafına böyük töhfə verirlər.

  //Samir Qurbanov,Editor.az