Rusiya hökuməti bu ölkənin şirkətlərinə və vətəndaşlarına qarşı sanksiyalar tədbiq edən, qeyri-dost addımlar atan ölkələrin siyahısının təsdiq edib.Editor.az-ın Türkiyənin “Sabah” qəzetinə istinadən verdiyi məlumata görə, təsdiq edilmiş siyahıya ABŞ, Avropa İttifaqı ölkələri, Böyük Britaniya, Cənubi Koreya, Yaponiya, Ukrayna, İsveçrə və Sinqapur daxil edilib. Kremlinin tərtib etdiyi siyahıya Rusiyaya qarşı sanksiya tətbiq edən daha 15 ölkə daxildir.
Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin martın 5-də imzaladığı fərmanla Rusiya şirkətlərinə dost olmayan ölkələrdəki şirkətlərə borclarını rublla qaytarmağa icazə verib.
//Editor.az

