“Rusiya əlindəki son kozurlarını oynayır-Putin devrilə bilər”-Şərhbackend

“Rusiya əlindəki son kozurlarını oynayır-Putin devrilə bilər”-Şərh

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Slovakiyanın müdafiə naziri Yaroslav Nad açıqlamasında bildirib ki, Rusiyada qismən səfərbərliyin elan olunması hakimiyyəti çətin siyasi vəziyyətə salacaq: “Bu, Kreml rəhbərinin devrilməsi ilə nəticələnə bilər”.

Y.Nad V.Putinin sentyabrın 21-də xalqa müraciətinin pafoslu olduğunu bildirib. O, əlavə edib ki, Ukrayna torpaqlarında keçirilən “referendumlar” gələcəkdə ukraynalıların Rusiya torpaqlarına hücumu ilə bağlı iddialara bəhanə yaratmaq üçündür.

Yaroslav Nad çıxışında həqiqətən haqlıdır? Putin hakimiyyəti devrilə bilər?

Mövzu ilə bağlı Editor.az-a açıqlama verən siyasi şərhçi Kənan Novruzov bildirdi ki, hansı ölkədə səfərbərlik elan olunursa, burada daxili narazılığın yaranmasına səbəb olur:

“Nazirin fikirlərinə görə, Rusiyada xalq narazılığının artması əks təsir göstərib Putini devirə bilər. Müharibənin davam etməsi Rusiya siyasi işini getdikcə çətinləşdirir. Putinin nüvə silahından istifadə açıqlaması, Donetsk, Luqansk, Zaparojyedə referendum keçirməsi, səfərbərlik elan olunması Rusiyanın siyasi işinin çıxılmaz vəziyyətdə olduğunun və rəhbərliyin də bunu etiraf etdiyinin göstəricisidir. Rusiya siyasi hakimiyyəti son kozurlarını oynayır. Putinin əlindəki kartlar azalmağa başlayıb. Amma Rusiyanın hegemon ambisiyalar üzərində qurulmuş xarici siyasəti, eyni zamanda Vladimir Putinin şəxsi keyfiyyətləri onu deməyə əsas verir ki, Moskva çətin situasiyalarda riskə getməyə hazırdır. Əgər Putin bu müharibədə məğlub olacağına əmin olsa nüvə silahından istifadə edəcək. Vəziyyət biraz da gərginləşdikdən sonra hesab etmirəm ki, Putini düşündürən onun hakimiyyəti olacaq. Putin “Rusiya bu müharibədən qalib çıxdı” deyə bilmək üçün hərşey edəcək.Rusiyada iqtisadi-siyasi vəziyyət kifayət qədər ağırdır. Putinin siyasi hakimiyyətinə səbəb olacaq yeganə amil referendum deyil. Onsuzda Putin tez ya da gec hakimiyyətdən gedəcək. Putin bu müharibədən qalib çıxıb adını tarixə yazdırmaq naminə hakimiyyətdən getməyi də gözə alıb”.

//Safura Bənnayeva, Editor.az