Rusiya ən güclü gəmisini bu ölkənin sərhədinə göndərdibackend

Rusiya ən güclü gəmisini bu ölkənin sərhədinə göndərdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Hərbi Dəniz Qüvvələrinin “Fort”, “Osa” və “Vulkan” raketləri ilə təchiz olunmuş “Marşal Ustinov” kreyseri Barents dənizində, Norveç ərazi sularının yaxınlığında görünüb.

Editor.az unikal.org-a istinadən bildirir ki, rus gəmisi atış təlimlərindən qayıdarkən qeyri-adi yol seçib və Norveçin Varyaq körfəzindəki ərazi sularının lap yaxınlığına qədər gəlib.

Qeyd edək ki, “Marşal Ustinov” Sovet dönəmində silahlanmaya qəbul edilməsinə baxmayaraq, hələ də Rusiya ordusunun ən güclü zərbə gəmilərindən biri sayılır.