Rusiya diktatoru Putin və onun yaxınlarının bəyanatları göstərir ki, o, “maksimalist ərazi ambisiyalarını qoruyur və ərazi güzəştlərinə getməyəcək”.
Müharibənin Tədqiqi İnstitutunun (ISW) analitiklərinin qeyd edir ki, Putin ABŞ-ın təklif etdiyi danışıqlar şərtlərini rədd etməkdə və Ukraynadan işğal olunmuş ərazilərdən imtina etməyi tələb etməkdə davam edir. İnstitut diktatordan sitat gətirib ki, Federal Təhlükəsizlik Xidmətinin idarə heyətinə müraciətində o, Rusiya Federasiyasının Donbassda əməliyyatları intensivləşdirəcəyini bəyan edib.
Fevralın 27-də Kremlin sözçüsü Dmitri Peskov da Donbass və “Novorossiya”nın Rusiyanın “ayrılmaz” hissəsi olduğunu bəyan edib. Analitiklər xatırladıblar ki, Putin daha əvvəl qondarma “Novorossiya”nı Ukraynanın bütün şərqi və cənubu (Xarkov, Dnepropetrovsk, Odessa və Nikolayev vilayətləri daxil olmaqla) kimi müəyyənləşdirib.
//Samir Qurbanov, Editor.az