İşğalçı ordu Rusiyanın Ukrayna ilə sərhəd rayonlarındakı mülki obyektlərə zərbələr endirə bilərlər.
Editor.az xəbər verir ki, bu barədə aprelin 18-də Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı “Facebook”da məlumat yayıb. Həmin məlumata görə, “işğalçı ölkənin ordusu təxribat məqsədilə Rusiyanın Ukrayna ilə həmsərhəd rayonlarında aviasiyasından istifadə etməklə mülki obyektlərə zərbələr endirməsi istisna edilmir”. məlumatda deyilir. Baş Qərargahdan o da bildirilir, Rusiya Federasiyasının Belqorod vilayətində, Ukrayna ilə sərhədin bilavasitə yaxınlığında işğalçılar vertolyot meydançaları yaratmağa başlayıblar.

