Rusiya Ermənistana NOTA VERİB: ” Pərdə arxası proseslər yeni müstəviyə keçdi”- NƏ BAŞ VERİR?backend

Rusiya Ermənistana NOTA VERİB: ” Pərdə arxası proseslər yeni müstəviyə keçdi”- NƏ BAŞ VERİR?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyanın Ermənistandakı səfirliyi bu ölkənin Xarici İşlər Nazirliyinə (XİN) nota verib. Notaya səbəb İrəvanın “Surmalu” ticarət mərkəzində baş vermiş partlayışla bağlı Rusiyanın ittiham edilməsi olub. Ermənistan mediası Rusiyanın dövlət strukturlarını ittiham edərək, hadisənin onlar tərəfindən törədildiyini iddia edib. Rusiya səfirliyi buna etiraz olaraq XİN-ə nota göndərib.

Məsələ ilə bağlı Editor.az-a danışan politoloq Azər Qasımov bildirib ki, Ermənistanın ticarət mərkəzlərindən birində baş verən partlayış əslində Rusiya-Ermənistan münasibətlərinin pərdə arxasında gedən proseslərin yeni müstəviyə keçdiyini göstərir:

“Bunu Ermənistanın iddia etdiyi kimi Rusiyanın partlayışda əlinin olması gerçəyi ilə deyil, Ermənistanın bundan bəhanə kimi istifadə edərək Paşinyanın hakimiyyətə gəldiyi gündən Qərbin  Rusiyaya qarşı hazırlanan planının tərkib hissəsi kimi başa düşmək lazımdır. Bu partlayış hadisəsi böyük ehtimalla, erməni və Qərb kəşfiyyatının birgə planıdır. Bundan Rusiyanı günahlandırmaq üçün istifadə edirlər. Məqsəd Ermənistanı Rusiyadan qoparmaq üçün zəmin hazırlamaqdır. Təsadüfi deyildir ki, partlayışdan sonra Rusiyaya qarşı ittihamlar, rus ordusunun Ermənistandan çıxarılması və qərbyönlü ordu ilə əvəz edilməsi çağırışları edilməyə başlandı. Hələ xeyli müddət öncə bu hadisələrin, yəni Ermənistanla Rusiya arasında gərginliyin olacağını proqnoz etmişdik, çünki Paşinyanın hakimiyyətə gətirilməsinin əsas məqsədi bu idi. İndi isə əsl məqamdır. Rusiya Ukraynada “bataqlığa” düşüb. Azərbaycanla müharibədə erməni tərəfi məğlub olub və bu məsələdə Ermənistana kömək etmədiyi üçün Rusiyanı günahlandırır”.

A. Qasımovun sözlərinə görə, gərginlik artan xətt üzrə inkişaf edəcək: ” Erməni tərəfi hal-hazırda Azərbaycanla münasibətlərdə də həlledici məqamdadır. Burda da onların lehinə heç bir perspektiv yoxdur. Tək çıxış yolu kimi süni gərginlik yaratmaqla regionda qeyri-stabillik və Ermənistanın Rusiya və Azərbaycan tərəfindən təzyiqlərə məruz qalması görüntüsü yaratmaqla beynəlxalq aləmdə səs-küy yaratmaq cəhdlərinə qalıb. Bir sözlə həmişəki erməni həyasızlığı və vayşüvənliyi öz axarı ilə davam edir”.

//Gülnarə Abasova, Editor.az